Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu çətin maliyyə vəziyyətinə düşüb. Paytaxt təmsilçisi üzləşdiyi böhran səbəbindən bir çox inzibati və texniki məsələlərin həllini dondurmaq məcburiyyətində qalıb.
Matc.az xəbər verir ki, bu barədə "Arriyadiyah" nəşri məlumat yayıb.
Bildirilir ki, yaranmış böhran klub daxilində maaşların ödənilməsinə də ciddi təsir göstərib. Əsas heyətin bir neçə futbolçusu iyun ayı üçün nəzərdə tutulan məvaciblərini yalnız qismən ala biliblər. Hazırda klub rəhbərliyi futbolçular qarşısındakı yaranmış borcları tamamilə bağlamaq üçün çıxış yolları axtarır.
Maliyyə çətinlikləri "Əl-Nəsr"in transfer planlarına da zərbə vurub. Belə ki, komandadan ayrılacaq Marselo Brozoviçi əvəzləməli olan əcnəbi futbolçunun keçidi ilə bağlı danışıqlar müvəqqəti dayandırılıb. Rəhbərlik iqtisadi vəziyyət normallaşana qədər bu məsələdə təxirə salmaq qərarına gəlib.
Qeyd edək ki, "Əl-Nəsr" ötən mövsümün yekunlarına əsasən Səudiyyə Ərəbistanı çempionatının qalibi olub.












