Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, İslandiyadakı cavab oyunu iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
9 iyul
20:00. "Qarabağ" – "Vestri"
Baş hakim: Roman Jitari
Baş hakimin köməkçiləri: Vlad Lifçu, Vadim Vikol
Dördüncü hakim: Andrey Brequta
VAR: Luka Cibelli
AVAR: Anojen Kanaqasinqam
Tofiq Bəhramov adına Respublika stadionu (Bakı)













