"Məni bir il oynadığım əvvəlki klubum "Səbail" çox yaxşı qarşılamışdı. Bu, olduqca klassik bir şəkildə edildi. Mənim kimi bir futbolçu axtarırdılar və mən onlara namizədliyimi təklif etdim. Türkiyədə heç bir testdən keçmədən bu komanda ilə müqavilə bağladım". Matc.az xəbər verir ki, bu sözləri  "Sabah"ın futbolçusu Kevin Kubemba "Leparisien" nəşrinə 2018-ci ildə "Səbail"ə keçidi barədə danışarkən deyib.
 
O, getdiyi yeni məkanlara tez uyğunlaşdığını bildirib: "Bu, səyahət edən hər bir futbolçunun həyatının bir hissəsidir. Bakıya gələndə şəhər məni təəccübləndirdi. Şəhərin gözəl yerində yaşadığımız üçün xoşbəxtik. Evimizdən Xəzər dənizi cəmi iki dəqiqə məsafədədir, amma orada üzə bilməzsən, axınlar çox güclüdür".
 
2017/2018 mövsümündə  Bolqarıstan MOİK-in çıxış edən Kupemba paytaxt Sofiya ilə Bakını müqayisə edib:  "Sofiyanı sevirdim. Tamamilə bilinməyən bir yerə gələndə oranın tarixinə, mədəniyyətinə maraq göstərməyə çalışıram. Hər ikisi gözəl şəhərdir və ortaq cəhətləri çoxdur".
 
Fransalı oyunçu  iki ildən çoxdur anası, qardaş-bacısı və uşaqlıq dostlarını görmədiyini vurğulayıb: "Əlbəttə, onlar üçün darıxıram. Əlaqə saxlamağın bir çox yolu var, ancaq fiziki varlığı əvəz etmir. Bolqarıstanda dəfələrlə olduğu kimi ailəm hələ Azərbaycana gəlməyib".
 
Bu mövsüm 5 qol vuran 27 yaşlı hücumçu komandasının Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə olması haqda da danışıb: "Klub mənə etimad göstərdi, mən də borcumu qaytarmaq istəyirəm. Səyahət karyeram üçün həyati önəm daşımır. Başqa ölkələrdə oynaya bilərdim. çünki təkliflərim var idi. Əsas odur ki, ailəmin təhlükəsizliyini təmin edim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest