İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi sabiq komanda yoldaşı Kriştianu Ronaldo ilə "Barselona"nın kapitanı Lionel Messini müqayisə edib. Matç.az saytı xəbər verir ki, 33 yaşlı forvard argentinalını ən güclü sayır.

 

O, Messi ilə Ronaldonun fərqli üslubda oynadıqlarını söyləyib: "2009 və 2011-ci illərdə çempionlar Liqasının finalındakı rəqibimiz "Barselona" deyil, başqa klub olsaydı, biz qalib gələrdik. Həmin heyəti futbol tarixinin ən güclü komandası, Messini isə futbolçusu hesab edirəm. Onun meydanda etdikləri sadəcə, inanılmazdı. Bütün keyfiyyətləri özündə birləşdirib. Ronaldo isə vingerdən bombardir hücumçuya çevrildi. O, rəqibləri aldatmaq əvəzinə topa 1-2 toxunuş etməklə kifayətlənir, cərimə meydanı daxilində qollar vurur. Messidə isə hər şeydən bir az var. Mənim meydanda gəzdiyim nöqtələrdən o, qollar vurur".

 

Qeyd edək ki, Runi hazırda ABŞ klubu "Di Si Yunayted"in şərəfini qoruyur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest