"Yuventus" baş məşqçisi Massimiliano Alleqrini postunda saxlamaq qərarına gəlib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, rəhbərlik ona yeni müqavilə təklif edib.

Bir müddət əvvəl Alleqrinin adının "Mançester Yunayted"lə, Zinəddin Zidanın isə "Yuventus"la hallanmasına baxmayaraq, turinlilər hazırkı çalışdırıcısından məmnundu. Onun müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, A seriyasına liderlik edən "Yuventus" çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest