Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarına qatılacaq komandaların müəyyənləşəcəyi qadın voleybolçular arasında seçmə qrup mərhələsinin püşkü atılıb. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Voleybolçularımız D qrupunda mübarizə aparacaq. Yığmamız Olimpiadaya vəsiqə uğrunda Braziliya, Dominikan Respublikası və Kamerunla üz-üzə gələcək. Qrupun təqvimi və oyunların tarixi bilinməsə də, avqust-sentyabr aylarında keçirilməsi nəzərdə tutulur.

ümumiyyətlə, 24 komanda 6 qrupda yarışacaq. Hər qrupda birinci yeri tutan yığma Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest