Tokio Yay Olimpiya Oyunlarının cüdo yarışlarında daha bir idmançı tatamiyə çıxmadan mübarizəni dayandırmağa üstünlük verib. Matc.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əbdül Rəsul 1/16 finalda İsraili təmsil edən Tohar Bülbütlə qarşılaşmalı idi. Buna baxmayaraq, Sudan idmançısı döyüşə çıxmayıb. 
Beynəlxalq Cüdo Federasiyası və Sudan Olimpiya Federasiyasının rəsmiləri məsələ barədə hələlik açıqlama yaymayıblar. Dünya mediasında geniş yayılmış iddialardan birinə görə, Məhəmməd Fələstin - İsrail münaqişəsi səbəbindən israilli cüdoçu ilə döyüşmək istəməyib. 
Qeyd edək ki, daha öncə sözügedən çəki dərəcəsində Fethi Nurin (Əlcəzair) Tohar Bülbütlə qarşılaşmaq ehtimalını nəzərə alaraq püşkatmadan sonra Tokio-2020-də çıxış etməyəcəyinə dair qərar vermişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest