17 Mart 2026, 12:32
FUTBOL
Türkiyənin "Eyüpspor" klubunun heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı oyunçularından olan Emre Akbaba sıradan çıxıb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü zədə səbəbindən mövsümün qalan hissəsinin oyunlarında iştirak etməyəcək.
Qeyd edək ki, Emre Akbaba 2024-cü ilin yayından "Eyüpspor"da çıxış edir. 33 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Super Liqada keçirdiyi 21 oyunda 3 qol vurub.

_1773755513.jpg)




_1773748626.jpg)



_1773744200.jpg)

