"Mançester Siti" yayda "Tottenhem"in müdafiəçisi Pedro Porronu transfer etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
İspaniyalı futbolçu baş məşqçi Pep Qvardiolanın komandasının müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab olunur. "Şəhərlilər" London klubunun təxminən 93 milyon avro səviyyəsində müəyyən etdiyi ilkin qiyməti aşağı salmağa çalışacaq.
“Mançester Siti” "Tottenhem"in çətin maliyyə vəziyyətindən yararlanmağa ümid edir. Bu vəziyyətin paytaxt təmsilçisinin Premyer Liqadan düşmə təhlükəsi səbəbindən daha da pisləşə biləcəyi qeyd olunur.
Pedro Porro 2019–2022-ci illərdə artıq "Mançester Siti"də çıxış edib, lakin əsas komandada debüt edə bilməyib. O, "Tottenhem"ə 2023-cü ilin yayında qoşulub. 26 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə komandanın heyətində 38 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

_1773759652.jpg)



_1773755513.jpg)




_1773748626.jpg)

