Olimpiadalar tarixinin sörfinq üzrə ilk çempionu müəyyənləşib. Matc.az xəbər verir ki, finalda 15.14 xal toplayaraq Kanoa İqaraşini (Yaponiya / 6.60 xal) məğlub edən Braziliya təmsilçisi İtalo Ferreyra sörfinqdə ilk çempion kimi adını Olimpiya Oyunlarının tarixinə yazdırıb. Digər braziliyalı Qabriel Medinaya qalib gələn Ouen Rayt (Avstraliya) isə bürünc medal qazanıb.
Hazırda qadınların final mübarizəsi davam edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest