Luzan gimnastikanın qarışıq multi-komanda yarışlarında çempion adına yiyələnib

Azərbaycan yığması Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb. Matç.az saytı xəbər verir ki, Yelizaveta Luzan gimnastikanın qarışıq multi-komanda yarışlarında çempion adına yiyələnib.

O, müxtəlif ölkələrin gimnastikanın fərqli növləri üzrə təmsilçilərindən təşkil olunan yığmanın heyətində uğur qazanıb. Lentlə hərəkətlər edən bədii gimnastımız Simona Baylzın adını daşıyan komandanın heyətində çıxış edib. çin, Bolqarıstan, Avstraliya, Sinqapur, İspaniya, Vyetnam, İtaliya, Rusiya, CAR və Macarıstan gimnastlarının da yer adlığı komandanın üzvləri xal hesabında digərlərini qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest