"Atletik"in və İspaniya millisinin vingeri Niko Uilyams əzələ zədəsi səbəbindən "qırmızı furiya"nın düşərgəsini vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı cinah hücumçusu Sevilyada Xorvatiya millisinə qarşı keçirilən UEFA Millətlər Liqası oyununun başa çatmasından dərhal sonra sol bud nahiyəsində kəskin narahatlıq hiss edib. Məşqçilər korpusunun verdiyi istirahət günü ərzində milli komandanın tibbi heyəti futbolçunun durumunu diqqətlə izləsə də, ağrılar keçməyib. Nəticədə Uilyams ispanların cümə axşamı baş tutan məşqini buraxıb.
RFEF həkimlərinin keçirdiyi ətraflı tibbi müayinədən sonra Luis de la Fuentenin rəhbərlik etdiyi məşqçilər korpusu oyunçunun sağlamlığını riskə atmamaq qərarına gəlib. Yenidən zədələnmənin qarşısını almaq üçün o, cari beynəlxalq toplantının iştirak ərizəsindən çıxarılıb. Yaxın vaxtlarda hücumçu Bilbaoya qayıdacaq və orada klub həkimlərinin nəzarəti altında reabilitasiyaya başlayacaq.













