"Fənərbaxça" klubu "Turan Tovuz" ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etmək üçün Bakıya gəlib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan xüsusi təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

İdman ictimaiyyətinin böyük maraqla gözlədiyi qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Türkiyə nəhəngi Bakıda tovuzlularla qüvvəsini sınayaraq həm fasilə müddətini dəyərləndirəcək, həm də azərbaycanlı azarkeşləri önündə meydana çıxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest