"Trabzonspor" qış "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək məqsədilə transfer siyahısında yer alan gənc oyunçunun keçidini bitirməkdə israrlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.

Bildirilir ki, baş məşqçi Tomas Raysın istəyi və skaut heyətinin təsdiqi ilə Kiyev "Dinamo"sunun mərkəz müdafiəçisi Taras Mixavko yenidən gündəmə gəlib. Yay transfer dövründə 19 yaşlı futbolçunun razılığı alınsa da, Ukrayna təmsilçisi gənc müdafiəçini satmaqdan imtina etdiyi üçün danışıqlar uğursuzluqla nəticələnmişdi.

Qışda ukraynalıların qapısını yenidən döyməyə hazırlaşan Qara dəniz təmsilçisi, "Dinamo"nun tələb etdiyi 10 milyon avroluq transfer məbləğini 7 milyon avro səviyyəsinə endirərək bu keçidi yekunlaşdırmağı planlaşdırır.

Karyerasında sıçrayış etmək istəyən Mixavko da gənclərə şans verən "Trabzonspor"a keçməyə müsbət yanaşır. Cari mövsümdə Ukrayna klubunun heyətində əsas heyət oyunçusuna çevrilən gənc müdafiəçi, Avropa Liqasında və daxili çempionatda nümayiş etdirdiyi etibarlı oyunla diqqət çəkir.

O, solaxay müdafiəçi olması və oyun qurmaq bacarığı ilə Qara dəniz təmsilçisinin müdafiədəki problemlərini həll edə biləcək ən uğurlu namizəd hesab olunur.

Cari mövsümdə 13 rəsmi matçda meydana çıxan gənc müdafiəçi, karyerası ərzində keçirdiyi 114 qarşılaşmada 7 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest