"Qalatasaray" klubunun transfer hədəfində olan Bruno Fernandeslə bağlı yeni iddia ortaya atılıb.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" idman nəşri məlumat yayıb.

Bildirilir ki, "Mançester Yunayted" Portuqaliya millisinin ulduz futbolçusunun müqaviləsində yer alan 1 illik uzatma bəndindən yararlanaraq onun satışından qazanc əldə etmək niyyətindədir. İngiltərə təmsilçisinin bu plan çərçivəsində təcrübəli oyunçu üçün təxminən 50-60 milyon funt-sterlinq (təxminən 60-72 milyon avro) civarında transfer haqqı müəyyənləşdirdiyi irəli sürülüb.

İstanbul nəhəngi ilə yanaşı, İtaliyanın "Milan" və "Yuventus" klubları da yarımmüdafiəçinin vəziyyətini diqqətlə izləyir. İstanbul təmsilçisinin isə yayda reallaşmayan bu keçidi yanvar ayında və ya gələn yay "transfer pəncərəsi"ndə yekunlaşdırmaq üçün uyğun məqam gözlədiyi vurğulanıb.

Bu gedişatın ardınca, ötən günlərdə portuqaliyalı ulduzun özünə "Come to Galatasaray" deyə müraciət edən "sarı-qırmızılı" azarkeşə gülümsəyərək cavab verməsi transfer şayiələrini yenidən canlandırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest