Türkiyə Superliqasının təxirə salınıb-salınmayacağı ilə bağlı iddialar yayılıb.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" idman nəşri məlumat yayıb.

Bildirilir ki, keçmiş referi Deniz Ateş Bitnel Türk futbolundakı "hakimlər işi" araşdırmasını dəyərləndirərək çempionatın dayandırılacağını iddia edib. İstintaq çərçivəsində ifadə verən Bitnel hakimlərin saxlanılma prosesinin davam edəcəyini vurğulayıb. O, mövcud şərtlər altında oyunların keçirilməsinin mümkünsüzlüyünü qeyd edərək "Bu liqa oynanılmaz və böyük ehtimalla təxirə salınacaq" deyə bildirib.

Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz mərc və idman cinayətləri bürosu tərəfindən aparılan araşdırma çərçivəsində rəsmi sənəddə saxtakarlıq ittihamı ilə saxlanılan Mərkəzi Hakim Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və daha 6 şübhəli şəxs polis bölməsindəki dindirmələrdən sonra məhkəməyə göndərilib. Gündoğdu ifadəsində üzərinə atılan bütün ittihamları rədd edib.

Digər tərəfdən, araşdırma çərçivəsində Superliqa hakimi Yasin Kol da nəzarətə götürülüb. Onun ilkin ifadəsində mərc oynamadığını, sadəcə borc pul istəyən bir neçə tanıdığına vəsait köçürdüyünü və bundan başqa hər hansı hesab hərəkətliliyinin olmadığını dediyi məlum olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest