Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 3-də saat 21:00-da "Bakcell Arena" stadionunda keçiriləcək "Neftçi" – HİK oyunundan əvvəl baş məşqçi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Matc.az xəbər verir ki, tədbir avqustun 2-də saat 18:00-dan etibarən "Bakcell Arena"da keçiriləcək.
 
Konfransdan sonra, saat 19:00-da isə "Türk Hava Yolları Futbol Mərkəzi"ndə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
"Bakcell Arena"da həmin gün saat 20:30-da rəqib komandanın mətbuat konfransı, 21:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest