İsveçrənin "Bazel" klubunun meneceri Filipp Kaufmann Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunundan əvvəl fikirlərini bildirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kaufmann, qələbə qazanmaq niyyətində olduqlarını deyib:
 
"Oteldə qalacağıq. Yalnız məşq və oyun üçün oteldən ayrıla bilərik. Azərbaycanda qaydaların bir az sərt olduğunu bilirik. Buna baxmayaraq, biz bir neçə günlük gəlmişik və bunun bizim üçün böyük əhəmiyyəti yoxdur.
 
Rəqibi təhlil etmişik. Bizi "Qarabağ"la çətin oyun gözləyir. Qələbə qazana bilərik.
 
Bizim üçün önəmli oyundur. Konfrans Liqasında daha irəli getmək istəyirik. Sıx qrafikdə oynayacağıq. Buna baxmayaraq, hər oyunda mümkün qədər yaxşı performans sərgiləməyə çalışırıq".
 
Sabah keçiriləcək "Qarabağ" – "Bazel" oyunu saat 20:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest