Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 3-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qrup üzrə 8 qarşılaşma baş tutub.

A qrupunda yer alan "Mançester Siti" Belçikada "Brügge"nin qonağı olub və darmadağınla qalib gəlib. Qrupun digər matçında PSJ doğma meydanda "Leyptsiq" üzərində çətin qələbəyə sevinib.

Türkiyə çempionu "Beşiktaş" doğma meydanda "Sportinq"ə məğlub olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Niderland səfərində "Ayaks"a böyük hesabla uduzub.

Günün maraqla gözlənilən qarşılaşması İspaniyada olub. Madrid "Atletiko"su burada "Liverpul"u qəbul edib. Beş qolun qeydə alındığı matç İngiltərə təmsilçisinin qələbəsiylə yekunlaşıb. Qrupun digər matçında "Milan" "Portu"ya minimal hesabla uduzub.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur
19 oktyabr

A qrupu

Brügge (Belçika) – Mançester Siti (İngiltərə) 1:5
Qol: Vanaken, 81 – Kanselo, 30. Mahrez, 43-pen; 84. Uolker, 53. Palmer, 67.

PSJ (Fransa) – Leyptsiq (Almaniya) 3:2
Qol: Mbappe, 9. Messi, 67; 74-pen – A.Silva, 28. Mukiele, 57.

Xal durumu: PSJ – 7, Mançester Siti – 6, Brügge – 4, Leyptsiq – 0.

C qrupu

Beşiktaş (Türkiyə) – Sportinq (Portuqaliya) 1:4
Qol: Larin, 24 – Koates, 15; 27. Sarabiya, 44-pen. Paulinyo, 89.

Ayaks (Niderland) – Borussiya (Dortmund, Almaniya) 4:0
Qol: Roys, 11-öz qapısına. Blind, 25. Antoni, 57. Haller, 72.

Xal durumu: Ayaks – 9, Borussiya (Dortmund) – 6, Sportinq – 3, Beşiktaş – 0.

B qrupu

Atletiko (İspaniya) – Liverpul (İngiltərə) 2:3
Qol: Qrizmann, 20; 34 – Salah, 8; 76-pen. Keyta, 13.

Portu (Portuqaliya) – Milan (İtaliya) 1:0
Qol: L.Dias, 65.

Xal durumu: Liverpul – 9, Atletiko – 4, Portu – 4, Milan – 0.

D qrupu

Şaxtyor (Ukrayna) – Real (İspaniya) 0:5
Qol: Krivtsov, 37-öz qapısına. Vinisius, 51; 56. Rodriqo, 65. Benzema, 90+1.

İnter (İtaliya) – Şerif (Moldova) 3:1
Qol: Dzeko, 34. Vidal, 58. De Vrey, 67 – Till, 52.

Xal durumu: Real – 9, Şerif – 6, İnter – 4, Şaxtyor – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest