Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Qana futbol tarixinin rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, rəmzi heyətdə “Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen də yer alıb.
 
Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək “Səbail”də çıxış edib. Daha əvvəl “Real”, “Çelsi”, “Milan” kimi klublarda top quvan keçmiş yarımmüdafiəçi Bakı klubundan ayrılandan sonra karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest