Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Qazaxıstanın "Kayrat" komandasının baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- İki fərqli hissə oldu. Hesabda önə keçəndən sonra üstünlüyümüzü qorumağa çalışdıq. İkinci hissədə "Qarabağ" oyunun nəticəsini dəyişməyi bacardı.
 
- Dünən qələbədən danışırdız. Bu gün meydandakı atmosfer necə idi?
- Yaxşı atmosfer var idi. Meydan sahiblərinə yaxşı dəstək var idi.
 
- Bu gün sərgilədiyiniz oyunu necə ifadə edə bilərsiz?
- Çətin qrupda yer almışıq. Bütün rəqiblərimiz güclüdür. İkinci hissədə çox səhv etdik. "Qarabağ" qələbəyə layiq idi. İkinci hissədə hesabı qorumağa çalışdıq, amma alınmadı.
 
- 90 dəqiqə ərzində bütün standart vəziyyətlər olanda gəlib otururduz, bitən kimi isə ayağa qalxırdız. Bu, nə ilə bağlıydı?
- Qaydalara görə, standart vəziyyətlər zamanı iki məşqçi ayaqüstə qala bilməz. Bu səbəbdən mən oturdum, digər məşqçi ayaqüstə qaldı.
 
- Qrupdan çıxmaq şansınız necədir?
- Bu oyundan sonra şanslarımız daha az qaldı. Amma sona qədər mübarizəmizi davam etdirəcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest