11 Noyabr 2021, 22:16
AVRO-2024
UEFA "Qalatasaray"ın Avropa Liqasının 4-cü turunda Moskva "Lokomotiv"i ilə oyununun yenidən keçirilməsində dair müraciətini rədd edib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Noyabrın 4-də İstanbulda keçirilən görüşün (1:1) baş hakimi Sandro Şerer "Lokomotiv"in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, oyunçu meydandan qovulmayıb. Türkiyə klubu da məhz buna görə matçın təkrar keçirilməsini tələb edirdi.