Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu buna Ukraynada Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.
 
14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.
 
Levandovski 2020-ci ilin noyabrından bəri meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapmışdı.
 
Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda “Mançester Yunayted”də çıxış edən Kristiano Ronaldo da ÇL-də ardıcıl 9 oyunda qol vurub. Lakin onlar bunu karyeralarında cəmi bir dəfə bacarıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest