“Barselona”nın sabiq futbolçusu, hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Boyan Krkiç şərhçiliyə başlayıb. Matc.az xəbər verir ki, zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanan ispan hücumçu, “Barça” TV-də şərhçilik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Krkiç 2007-2011-ci illərdə “Barselona”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest