Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki dörd oyunun hamısından məğlub ayrılıb. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzub. Rusiya yığması isə ardıcıl dörd oyundur qalib gəlir.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız “Dalğa Arena”da Rusiya yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki dörd oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu. Rusiya yığması isə ardıcıl dörd oyundur qalib gəlirdi. Komandamız bu oyunda da böyük hesabla məğlub olub.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
25 noyabr

Azərbaycan – Rusiya 0:4
Qol: Marina Fyodorova, 16. Alsu Abdullina, 28. Alena Andreyeva, 43. Marqarita Çernomırdina, 90+5.
Hakimlər: İonela Alina Peşu, Petruta Klaudia Yuqulesku, Mihaela Elena Tepusa, Kristina Mariana Trandafir (hamısı Rumıniya).
Bakı. “Dalğa Arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 6, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest