Çexiya polisi Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanovu saxlayıb. Matc.az xəbər verir ki, buna funksionerin ölkəyə giriş icazəsinin olmaması səbəb olub.
 
Hadisə Moraviya-Sileziya bölgəsində baş verib. Bazanovla yanaşı, onun xanımı da saxlanılıb.
 
UEFA və Belarus Futbol Federasiyası (BFF) dərhal bu məsələyə müdaxilə edib. Ali futbol qurumu Çexiya Futbol Assosiasiyasından Bazanovun düşdüyü vəziyyətlə bağlı yardım istəyib.
 
Bu gün DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Çexiya və Belarusun qadınlardan ibarət futbol yığmalarının oyunu keçirilməli idi. Lakin baş verən hadisə ilə əlaqədar bu oyun da təxirə salınıb.
 
Vladimir Bazanov 2019-cu ildən federasiyaya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest