"Rabitə"nin keçmiş voleybolçusu Dobriana Rabadziyeva karyerasını Türkiyədə davam etdirəcək. Matç.az saytı xəbər verir ki, bolqarıstanlı hücumçu "Fənərbaxça" ilə anlaşıb.

Türklər 28 yaşlı voleybolçunu çin klubu "Everqrand"dan transfer edib. çin təmsilçisində elə bir nailiyyəti olmayan Rabadziyeva əvvəllər Türkiyədə "Qalatasaray"ın da formasını geyinib.

O, 2011-2012 və 2012-2013 mövsümlərində "Rabitə"nin heyətində Azərbaycan çempionu, eyni zamanda Azərbaycan Kubokunun (2011-12) qalibi olub. "Rabitə" ilə həmçinin Klublararası Dünya çempionatının qızıl (2011) və gümüş (2012) medallarını qazanan Rabadziyeva 2012-13 mövsümündə Azərbaycan təmsilçisinin heyətində çempionlar Liqasının finalına qədər irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest