 
 
	Futbol üzrə İspaniya La Liqasında 21-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
	"Elçe" doğma meydanda "Vilyarreal"la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.
	"Betis" bu turda doğma meydanda "Alaves"i, "Selta" isə "Osasuna"nı qəbul edəcək. Turnir cədvəlinin 2-ci pilləsində yer alan "Sevilya" bu turda çətin "Valensiya" səfərinə yollanacaq.
	Bu tur keçirilməli olan "Barselona" – "Rayo Valyekano", "Malyorka" – "Real Sosyedad", "Atletiko" – "Levante" matçları təxirə salınıb. "Atletik" – "Real" matçı isə komandaların Super Kubok matçına görə daha əvvəl baş tutub.
	İspaniya La Liqası
	21-ci tur
	16 yanvar
	Elçe – Vilyarreal 1:0
	Qol: Boye, 78.
	18 yanvar
	23:00. Betis – Alaves
	00:30. Kadis – Espanyol
	19 yanvar
	22:00. Selta – Osasuna
	00:30. Valensiya – Sevilya
	20 yanvar
	22:00. Xetafe – Qranada
				
         	
                                             
               
 
             
 















