"Nqalandenin Azərbaycan komandası ilə müqavilə bağlaması Malavi futbolu üçün əla hadisədi". Bunu həmin ölkənin mütəxəssislərindən olan Tom Mqoronqo deyib. Mqoronqo Nqalandenin "Zirə"yə keçidini dəyərləndirib.

"Nqalandenin Azərbaycan komandası ilə müqavilə bağlaması Malavi futbolu üçün əla hadisədi". Matc.az saytının Malavi mətbuatına istinadən məlumatına görə, bunu həmin ölkənin mütəxəssislərindən olan Tom Mqoronqo deyib.

Yerli klublarda baş məşqçi kimi fəaliyyət göstərən Mqoronqo "Zirə" ilə 6 ay + 1 illik müqavilə bağlayan Robin Nqalandenin keçidini dəyərləndirib. Onun fikrincə, bu transfer digər oyunçular üçün də şans ola bilər.

Mqoronqo həmyerlisindən Avropada uğurlu çıxış gözləyir: "Bu keçid həm Nqalande, həm də ölkə futbolu adına bir şansdı. çünki Avropada futbol standartları çox yüksəkdi. Robin karyerasını canlandırmalıdı. Bunun üçün də çox çalışmaq şərtdi. Nəzərə alaq ki, bizim Avropada yeganə oyunçumuz demək olar ki, odu. Robinin uğurlu çıxışı Malavinin digər oyunçularının da istər Azərbaycan, istərsə də digər Avropa ölkələri üçün cəlbedici ola bilər".

Qeyd edək ki, Robin Nqalande "Zirə"yə Cənubi Afrika Respublikasının "Baroka" klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest