"Pena Azərbaycan çempionatının lideri "Neftçi"də oynayacaq. O, bu komanda ilə gələn mövsüm Çempionlar Liqası və ya Avropa Liqasında iştirak edə biləcək"

"Keşlə"nin qış fasiləsində heyətinə qatdığı son futbolçu olan Angelo Penanın keçidindən ölkəsi Venesuela mətbuatı xəbərsizdi. Matc.az saytı xəbər verir ki, yerli KİV hələ də 30 yaşlı pleymeykerin "Neftçi" ilə anlaşdığını düşünür.

Belə ki, bu gün dərc edilən məqalədə Venesuela millisinin formasını geyinən "Poti" ləqəbli oyunçunun karyerasındakı 10-cu klubun "Neftçi" olduğu vurğulanıb. Avropada indiyə qədər yalnız Portuqaliya klubları "Braqa" və "Portimonense"nin şərəfini qorumuş Penanın tezliklə "Neftçi" ilə rəsmi müqavilə bağlayacağı iddia edilib: "Pena Azərbaycan çempionatının lideri "Neftçi"də oynayacaq. O, bu komanda ilə gələn mövsüm Çempionlar Liqası və ya Avropa Liqasında iştirak edə biləcək".

Qeyd edək ki, Angelo Penanın "Keşlə" ilə 1 illik müqavilə imzalaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest