"Emil gələcək üçün ümid verən gənc futbolçumuzdu. Bu keçid onun inkişafına təkan verəcək. Orda rəqabət aparmaq da bir təcrübədi. Emil bu mövsüm meydana çıxdığı oyunlarda "Arsenal"ın gələcəkdə aparıcı simalarından biri olacağına işarə vurub".

"Arsenal"ın gənc yarımmüdafiəçisi Emil-Smit Rou "Leypsiq"ə keçib. Matc.az-ın London klubunun rəsmi saytına istinadən məlumatına görə, 18 yaşlı oyunçu mövsümün sonuna qədər Bundesliqa təmsilçisində icarə əsasında çıxış edəcək.

"Emil gələcək üçün ümid verən gənc futbolçumuzdu. Bu keçid onun inkişafına təkan verəcək. Orda rəqabət aparmaq da bir təcrübədi. Emil bu mövsüm meydana çıxdığı oyunlarda "Arsenal"ın gələcəkdə aparıcı simalarından biri olacağına işarə vurub. Xüsusən də, Avropa Liqasında "Qarabağ" və "Vorskla" ilə görüşlərdə istedadlı olduğunu sübut etdi. İnanıram ki, yayda "Arsenal"a daha güclü qayıdacaq".

Qeyd edək ki, Emil-Smit Rou "Arsenal"ın heyətində ilk qolunu Avroliqanın qrup mərhələsində "Qarabağ"la Bakıda keçirilən görüşdə vurub. Həmin oyunda "topçular" 3:0 hesabı ilə qalib gəlib. Rou həmçinin "Vorskla" ilə eyni hesabla nəticələnən səfər matçında da fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest