Belçikada 2018-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytı xəbər verir ki, Belçika Futbol Federasiyası bu nominasiya üzrə "Çelsi"nin lideri Eden Azarı qalib elan edib.

Ulduz futbolçu respondentlərin 14 min 974 səsini toplayaraq birinci olub. İkinci yerdə Dortmund "Borussiya"sının üzvü Aksel Vitsel (3801 səs) qərarlaşıb. İlk "üçlüy"ü isə "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne (2005) qapayıb.

Qeyd edək ki, Eden Azar əvvəllər Belçikada ilin idmançısı, həmçinin ölkə xaricində çıxış edən ən yaxşı futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest