Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub. Matc.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb.
 
Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.
 
84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub olaraq 5-ci yeri tutub.
 
Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest