İspaniyada "Açıq Avropa" turnirində uğurla çıxış etmiş yeniyetmə cüdoçularımız bu gün səhər saatlarında Bakıya qayıdıblar. Matc.az xəbər verir ki, Heydər Əliyev hava limanında onları federasiya rəsmiləri və doğmaları qarşılayıblar. 
 
Xatırladaq ki, cüdoçularımız turniri 5-i qızıl olmaqla ümumilikdə 15 medalla başa vurublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest