"Utrext"in baş məşqçisi Dik Advokat komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 72 yaşlı mütəxəssis "Feyenoord"un "sükanı arxası"na keçəcək.

Çünki "Feyenoord" rəhbərliyi baş məşqçi Covanni van Bronkhorstla yollarını ayıracaq. Van Bronkhorst yerli mətbuata açıqlamasında mövsümün sonuna qədər olan müqaviləsini yeniləməyəcəyini söyləyib. Rotterdamlılar da onu məhz Advokat əvəz edəcək. Advokatın köməkçilərindən biri isə Dirk Kuyt olacaq. Klub rəhbərliyi gələcəkdə baş məşqçi rolunda məhz Kuytu görür. Lakin o, hələ ki, əsas komandaya rəhbərlik etmək üçün tələb olunan lisenziyaya malik deyil.

Qeyd edək ki, Dik Advokat baş məşqçi kimi 22 iş yeri dəyişsə də, ilk dəfə "Feyenoord"a rəhbərlik edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest