"Bir kubok qazandıq, indi başqa finaldayıq, Premyer Liqada mübarizəmizi davam etdiririk. Mən nə istədiyimi bilirəm və ümid edirəm ki, əldə edə bilərəm"

"Liverpul"un müdafiəçisi Vircil van Deyk çempionlar Liqasının finalında hansı komanda ilə qarşılaşmaq istədiyini açıqlayıb. Matc.az xəbər verir ki, niderlandlı futbolçu həm Madrid "Real"ı, həm "Mançester Siti"nin çox güclü olduğunu bildirib:  
 
"Finalda kiminlə oynamağımızın bizim üçün fərqi yoxdur. Həlledici qarşılaşma çox çətin sınaq olacaq. Biz "Mançester Siti"ni yaxşı tanıyırıq. "Real" hazırda dünyanın ən yaxşı hücumçusuna sahibdir. Görək, nəticə necə olacaq".
 
"Liverpul"un hücumçusu Məhəmməd Salah isə vurğulayıb ki, finalda oynamaq əladır: "Beş ildə üçüncü dəfə finala yüksəlmək inanılmazdır. Hamı xoşbəxtdir. İlk hissədə çətin oldu, amma fasilədə məşqçi bizimlə danışdı. Biz ən yüksək səviyyədə olan ən yaxşı komandayıq. Hər şey üçün mübarizə aparırıq. Bir kubok qazandıq, indi başqa finaldayıq, Premyer Liqada mübarizəmizi davam etdiririk. Mən nə istədiyimi bilirəm və ümid edirəm ki, əldə edə bilərəm. Finalda "Real"la qarşılaşmaq istəyirəm, amma "Mançester Siti" çox güclü komandadır". 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest