İtaliyalı mütəxəssis Karlo Ançelotti məşqçi kimi bu günə qədər "Manşester Siti" ilə 9 dəfə üz-üzə gəlib. Matc.az "transfermarkt"a istinadən xəbər verir ki, "Real"ın hazırkı məşqçisinin rəhbərik etdiyi komandalar bu qarşılaşmalardan 8-də uduzub.
 
O, "çelsi"nin baş məşqçisi kimi "Mançester Siti"yə qarşı Premyer Liqada keçirdiyi 4 oyundan 3-də məğlub olub, 1-də isə qələbə qazanıb. 
 
Ançelottinin "Everton"un baş məşqçisi kimi də "Mançester Siti"yə qarşı Premyer Liqa oyunları uğursuz olub – 4 oyun, 4 məğlubiyyət.
 
O, "Real"ın baş məşqçisi də kimi "şəhərlilər"lə oyunda uğur qazana bilməyib. çempionlar Liqasının cari mövsümünün yarımfinal mərhələsinin ilk görüşündə MS 4:3 hesabı ilə qələbə qazanıb.
 
Bu gün "Mançester Siti" və "Real" yarımfinalın cavab matçında Madriddə üzə-üzə gələcək. Bu qarşılaşma Ançelottinin "Mançester Siti"yə qarşı 10-cu oyunu olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest