çempionlar Liqasında növbəti təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, 1/8 finalın fevralın 13-də baş tutacaq iki görüşünün də hakimləri bəlli olub.

Mərhələnin ikinci oyun günündə Polşa və İspaniyadan olan hakimlər ədaləti qoruyacaq. Hər iki matçı elit kateqoriyalı hakim idarə edəcək.

"Tottenhem"in Dortmund "Borussiya"sı ilə matçında ispaniyalı Antonio Migel Mateu Lahos fit çalacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək.

"Ayaks"ın "Real"la ev görüşündə isə polşalılardan ibarət briqada iş başında olacaq. Baş hakim funksiyasını Şimon Marçinyak yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest