"Barselona"nın daha bir futbolçusu sıradan çıxıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Tomas Vermalen zədələnib.

Belçika yığmasının üzvü UEFA Millətlər Liqasında İsveçrə (2:1) ilə qarşılaşmada xəsarət alıb. Tibbi müayinədən sonra onun təxminən 4 həftə komandasına kömək edə bilməyəcəyi açıqlanıb. Bu isə o deməkdi ki, 33 yaşlı mərkəz müdafiəçisi "Sevilya" (20 oktyabr), "İnter" (24 oktyabr) və "Real"la (28 oktyabr) oyunları buraxacaq.

Qeyd edək ki, "Barselona"nın digər mərkəz müdafiəçisi Samuel Umtiti zədə ucbatından ilin sonuna qədər futbol oynaya bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest