çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb. Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Hər iki matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Romada İtaliya paytaxtının eyniadlı təmsilçisi "Porto"nu sınağa çəkib. A seriyasında çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri Portuqaliya çempionatının lideri ilə görüşdə 2:1 hesablı qələbəyə seviniblər. Zaniolo dubl edərək komandasına qələbə qazandırıb. 

Günün digər oyunu Mançesterdə keçirilib. İngiltərə çempionatında yüksələn qrafik çıxan MY Fransa PSJ-sini qəbul edib. Qarşılaşmaya çox ciddi itkilərlə çıxan qonaqlar bununla belə səfərdən 2:0 hesablı qələbə ilə dönməyi bacarıblar. Mbappe və Kimpembe Di Mariyanın ötürməsini qola çevirib. 

çempionlar Liqası
1/8 final, ilk oyunlar
12 fevral

"Roma" (İtaliya) – "Porto" (Portuqaliya) - 2:1
Zaniolo, 70, 76 - Adrian, 79

Roma. Olimpiya stadionu. Baş hakim: Danni Makkelli (Hollandiya)


"Mançester Yunayted" (İngiltərə) – PSJ (Fransa) - 0:2

Kimpebme, 53, Mbappe, 60

Mançester. "Old Traffors" stadionu. Daniele Orsato (İtaliya)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest