AFFA-nın İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı qərarlar çıxarılıb.
"Sabah" – "Qəbələ" matçının 25-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Oyunun 90+5-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb, klubunu 800 manat ziyana salıb.
"Sumqayıt" – "Qarabağ" matçında meydan saiblərinin 5 , qonaqların 4 futbolçularının sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat ödəyəcək.
"Səbail" – "Zirə" matçının 81-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
"Neftçi" – "Keşlə" görüşündə qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat xərcə düşüb.