“Qəbələ”nin futbolçusu Yaovi Akakpo yenidən əməliyyat olunub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun diz qığırdağından keçirdiyi əməliyyat uğurlu alınıb.
 
Akakpo 2021-ci ildə də əməliyyat olunmuşdu və bu səbəbdən demək olar ki, ötən mövsümü boşa vermişdi.
 
Xatırladaq ki, klub mayın 22-də toqolu futbolçu ilə 1 illik yeni müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest