İtaliyanın “Sassuolo” klubu baş məşqçisi Alberto Akvilani ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

42 yaşlı mütəxəssisin istefasına komandanın uğursuz nəticələri səbəb olub. “Sassuolo” onun rəhbərliyi altında son 7 oyunda qələbə qazana bilməyib və bu görüşlərin 6-da məğlub olub.

Komanda A Seriyasının turnir cədvəlində 17-ci pilləyə düşüb. Akvilani iyun ayında baş məşqçi təyin edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest