Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Lex" (Polşa) oyununun biletləri sabah - iyunun 27-dən satışa çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
 
Satış məntəqələri:
 
Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
 
Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)
 
Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.
 
Qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest