“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Fehervar” (Macarıstan) heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, klub “Zalaegerseq”dən Nikola Serafimovu transfer edib.
 
Şimali Makedoniya millisinin üzvü olan 22 yaşlı mərkəz müdafiəçisi avrokubokda mübarizə apardığı üçün “Fehervar”ı seçib.
 
“Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest