Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sürix" oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Futbol üzrə UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sürix" oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, iyulun 18-də, saat 17:30-da "Sürix"in baş məşqçisi Franko Fodanın mətbuat konfransına start veriləcək. 18:00-da isə media üçün açıq məşq (ilk 15 dəqiqəsi) olacaq. Qonaq komanda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda media önünə çıxacaq.
 
Saat 18:45-də isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Azersun Arena"da mətbuat konfransı başlayacaq. 19:00-da isə komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundan "Azersun Arena"ya jurnalistlərin aparılması üçün klubumuz tərəfindən avtobus ayrılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest