"Qarabağ" bu gün UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin "Sürix" komandası ilə qarşılaşıb.

çL-in 1-ci təsnifat mərhələsində Polşa "Lex"ini mubarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası turnirdə yoluna davam etmək üçün "Sürix"lə görüşlərdə də uğurlu nəticəyə imza atmalıdır. Bunun üçün isə Bakıdakı ilk oyunda rəqib üzərində üstünlük qazanmaq vacib idi. Qarşılaşma Ağdam təmsilçisi üçün uğurlu alınıb. Düzdü, beş qolun qeydə alındığı matçda qonaqlar da 2 qol vurublar. Amma yekunda "Qarabağ" meydandan qələbə ilə ayrılmağı bacarıb.

Bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.

UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
19 iyul

Qarabağ – Sürix 3:2
Qol: K.Borges, 17. İ.Vadji, 36; 66 – L.Kamberi, 65. M.Kryeziu, 85-pen.
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (hamısı Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Sürix: 25. Yanik Brexer (k), 2. Lindrit Kamberi, 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşuh, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Dzemaili, 22. Vilfrid Qnonto, 23. Fabian Rohner, 31. Mirlind Kryeziu.
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. Canni De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Conatan Okita, 15. Aiyequn Tosin, 17. Omar Konde, 28. Karol Mets, 33. Stefan Seyler, 35. İlan Sauter, 39. Akaki Qoqiya.
Baş məşqçi: Franko Foda.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest