"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib.

"Qarabağ" bu gün UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib. Matc.az xəbər verir ki, klub fanatlara qarşılaşmaya göstərdikləri marağa görə sonsuz təşəkkürünü bildirib.
 
Bununla yanaşı, tərəfdarlardan oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etmələri xahiş olunub: "Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər. Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!"
 
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest