çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la qarşılaşacaq "Bavariya" səfərə tam heyətlə yollanmayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi iki aparıcı oyunçusunu İngiltərəyə aparmayıb.

Belə ki, mərkəz müdafiəçisi Jerom Boatenq və yarımmüdafiəçi Frank Riberi zədə üzündən Münhendə qalıb. "Liverpul"un problemləri isə daha ciddidi. Cəzalı Vircil van Diykdən sonra zədəli Deyan Lovrenin də görüşü buraxacağı dəqiqləşib. Hazırda isə Yurgen Kloppun ixtiyarında cəmi 1 mərkəz müdafiəçisi var - Joel Matip. Sabahkı oyunda onunla yarımmüdafiəçi Fabinyonun müdafiənin mərkəzində çıxış etməsi gözlənilir.

Qeyd edək ki, "Liverpul" - "Bavariya" görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest