UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” (Plzen) ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlanıb. Matc.az xəbər veri rki, Ağdam təmsilçisi Çexiyaya avqustun 22-də yollanacaq.
 
Komandanı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
 
Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
 
Avqustun 23-də baş tutacaq “Viktoriya” - “Qarabağ” oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək. İlk matç 0:0 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest